fbpx

OxyWell

“O2 CAPSULE” OKSİGEN KAMERASI

Reabilitasiya, profilaktika və müalicə zamanı istifadə olunan effektiv bir vasitədir. 

Baroterapiya (hiperbarik və ya normobarik oksigenləşmə), qan plazmasının oksigenlə doydurulması, orqanizmdə hipoksiya (orqanizmdə oksigen miqdarının aşağı düşməsi) nəticəsində meydana gələn çoxsaylı problemlər zamanı tətbiq olunan yüksək texnologiyalı müalicə üsuludur.

Müalicə zamanı kameranın içərisindəki təzyiqin ətraf mühitlə müqayisədə xeyli yüksək olması sayəsində oksigen orqanlara çatır və onların funksiyalarını bərpa edərək lazımi müsbət nəticə əldə olunur, ən əsası isə orqanizmdə bərpa prosesləri sürətlənir.

Rusiya Səhiyyə Nazirliyi tərəfindən xəstələrin COVID-19 sonrası reabilitasiyası dövrü üçün tövsiyə edilir.*

Baroterapiya hər hansı patoloji vəziyyətin profilaktikası, güc və enerji axını, ekoloji faktorların mənfi təsirinin neytrallaşdırılması kimi əhəmiyyətli təsirlərə malikdir.

BAROKAMERANIN TƏTBİQ OLUNDUĞU SAHƏLƏR VƏ İSTİFADƏSİ ÜÇÜN GÖSTƏRİŞLƏR

• Qastroenterologiya – xoralar, qastrit, xolesistit, pankreatit, disbakterioz, enterokolit
• Ginekologiya/urologiya — cinsi funksiyanın pozulması, iltihab, sonsuzluq
• Kardiologiya — aritmiya, ürək çatışmazlığı, hipertoniya, infarktdan sonrakı vəziyyət
• Kosmetologiya, bədən korreksiyası, trixologiya – dəri problemləri, yaşlanma, artıq çəki, cərrahi əməliyyatların nəticələri, dəri xəstəlikləri, alopesiya.
• Narkologiya, detoksikasiya — dəm qazı, spirtli içkilər, ekoloji zərərli maddələr ilə intoksikasiya, dərman preparatlarınınn normadan artıq qəbulu
• Nevrologiya — insult, kəllə-beyin travması, miqren, baş ağrıları, osteoxondroz
• Оftalmologiya — torlu qişada qan dövranının pozulması, diabetik retinopatiya
• Pediatriya — uşaqlarda soyuqdəymə, astma, allergiya, psixoemosional pozuntular
• Pulmonologiya — astma, bronxit, kəskin pnevmoniya, həmçinin COVID-19 sonrası reabilitasiya
• Stomatologiya — parodontoz, qinqivit, dişin çıxarılması, implant əməliyyatından sonrakı reabilitasiya
• Travmatologiya — travmalar, əməliyyatdan sonrakı reabilitasiya
• Flebologiya — trofik xoraların, varikoz damar genişlənməsinin müalicəsi
• Endokrinologiya — şəkərli diabet, tiroid vəzinin xəstəlikləri, premenstrual gərginlik sindromu, hormonal pozulmalar

OKSİGEN KAMERASININ ÜMUMİ ƏHVALİ-RUHİYYƏYƏ TƏSİRİ

• diqqət və yaddaşın yaxşılaşması, yuxunun normallaşması
• meteohəssaslığın aradan qaldırılması
• xroniki yorğunluq sindromu və asteniyanın aradan qaldırılması
• xumarlıq, həddindən artıq yemək

• fiziki və emosional yüklənmələrə daha rahat uyğunlaşma
• dözümlülük, əzələ tonusunun artması
• antistres və ümumi bərpaedici təsir
• mənfi ekoloji amillərə məruz qalmanın nəticələrinin azaldılması

Prosedur haqqında

OxyWell klinikasında yeni nəsil “O2 Capsule” barokamerasında keçirilən hiperbarik oksigenləşmə proseduru asan və rahat bir şəkildə baş tutur:

• oksigen kameraya balondan deyil, xüsusi filtrlər vasitəsilə otaqdan daxil olur və bu da tam təhlükəsizliyi təmin edir
• kamera həm xaricdən, həm də daxildən açılır
• kameranın içərisi çox rahatdır: örtük, kiçik pəncərələr və yastıq ilə təmin olunub, həmçinin tibbi personal ilə də əlaqə yarada bilərsiniz.
• OxyWell mərkəzinin tibbi personalı istənilən vəziyyətdə yaxınlığınızda olacaq
• hal-hazırda ölçüsünə görə ən böyük diametrə və genişliyə malik bu cihaz Rusiya Federasiyası Səhiyyəyə Nəzarət üzrə Federal Xidmətinin sertifikatını almış yeganə oksigen kamerasıdır.

Открыть чат
Bizə yazın
Salam,
Sizə necə kömək edə bilərik?